Latviya Maliyyə Kəşfiyyatı Xidməti Aİ-nin Rusiya və Belarusa qarşı sanksiya rejiminin tətbiqi çərçivəsində 147 fiziki şəxsin ümumi dəyəri 80 milyon avrodan çox olan aktivlərini dondurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə LSM dövlət televiziya və radio portalı məlumat yayıb.
Xidmət rəhbərinin müavini Paulis İlyenkovun sözlərinə görə, Riqa sanksiya siyahısında olanlara aid olan 53,3 milyon avroluq bank hesablarını müəyyən edib və dondurub.
Bundan başqa, 102 daşınmaz əmlak obyekti və 80 nəqliyyat vasitəsinin payına məhdudiyyət qoyulub.