İspaniyanın şərqindəki Valensiyada daşqınlar nəticəsində itkin düşənlərin sayı 250-yə çata bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “El Español” qəzeti xilasetmə işlərində iştirak edən qeyri-rəsmi mənbələrə istinadən məlumat yayıb.
Lakin hakimiyyət itkin düşdüyü ehtimal edilən şəxslərin sayını hələlik açıqlamayıb.
İspaniyanın müdafiə naziri Marqarita Robles ölkənin şərqində baş verən daşqınlar nəticəsində hələ də çoxlu itkin düşənlərin olduğunu deməklə kifayətlənib.///tass