8 Noyabr - Zəfər Günü və “Yaşıl Dünya Naminə Həmrəylik İli” ilə əlaqədar olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsinin həyətyanı sahəsində ağacəkmə aksiyası keçirilib.
Ucnoqta.az xəbər verir ki, aksiya çərçivəsində idarənin rəhbərliyi və əməkdaşları tərəfindən həyətyanı sahəyə müxtəlif növ ağac tingləri əkilib.
Qeyd edək ki, “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində keçirilən aksiyanın məqsədi ağac əkməklə ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdən ibarətdir.