Yaponiyanın hakim "Komeito" Partiyası koalisiyasının lideri Keiiçi İşii parlamentin aşağı palatasına oktyabrın 27-də keçirilən ümumi seçkilərdə tərəfdarlarının uğursuz çıxışından sonra istefa vermək niyyətində olduğunu açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. O, partiya rəhbərliyinin iclasında məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürmək qərarını açıqlayıb.
İşii sentyabrın 28-də Komeitoda yüksək vəzifəyə seçilmişdi. Onun varisi partiyanın noyabrın 9-da keçiriləcək fövqəladə qurultayında müəyyənləşəcək.