Dövlət Departamenti Argentinaya F-16 qırıcıları üçün avadanlıq satışını təsdiqləyib

00:00 - 31 Oktyabr 2024 - DÜNYA

ABŞ Dövlət Departamenti F-16 döyüş təyyarələri üçün avadanlığın, o cümlədən orta mənzilli hava-hava raketlərinin Argentinaya 941 milyon dollara mümkün satışını təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.
O, hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdehdir.

Bildirilir ki, Cənubi Amerika ölkəsinin hakimiyyət orqanları 24 təyyarə üçün avadanlıq alınmasını xahiş edib.
Potensial sövdələşməyə 36 ədəd AIM-120C-8 Advanced Medium Menzilli Hava-Hava Raketləri (AMRAAM) və 2 istiqamətləndirici bölmə, 102.500 funtluq MK-82 bombaları və digər silah və texniki avadanlıqlar daxildir.
Paketin ümumi dəyəri 941 milyon dollar təşkil edəcək.

Əsas podratçı Lockheed Martin şirkəti olacaq.

Xəbər xətti