Gürcüstanın baş naziri Zurabişvilini ifadə verməyə çağırıb

16:02 - 30 Oktyabr 2024 - DÜNYA

Oktyabrın 26-da keçirilən parlament seçkilərinin saxtalaşdırıldığını iddia edən Gürcüstan prezidenti Salome Zurabişvili və bütün müxalifət prokurorluğa ifadə verməli və faktları təqdim etməlidir, əks halda yalan danışdıqları üzə çıxacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın baş naziri İrakli Kobaxidze məlumat verib.

“Əgər kiminsə hər hansı sübutu varsa, o zaman bunu hökumətin müvafiq idarələrinə təqdim etməlidir. Baxırsan ki, onlar bir dənə də olsun dəlil-sübut təqdim etməyiblər. İndi onlar prokurorluğa gedib sübut təqdim etməli olacaqlar. Əgər getməsələr, bu, onların seçkilərlə bağlı yalan bəyanatlar verdiklərinə sübut olacaq”, - Kobaxidze bildirib.

Gürcüstan hökumətinin başçısı Zurabişvilini prokurorluğa ifadə verməyə və seçki saxtakarlığı ilə bağlı şifahi açıqlamalar verməməyə çağırıb.
“İstər Salome Zurabişvili, istərsə də başqası, əllərində konkret sübutlar varsa, prokurorluğa və müvafiq idarələrə təqdim etsinlər. Reallıqda olmayanlar haqqında şifahi danışmağı dayandırsınlar. Bu, onların məsuliyyətidir”, - deyə o, yekunlaşdırıb.

Xəbər xətti