Gürcüstanın Baş Prokurorluğu prezident Salome Zurabişvilini oktyabrın 31-də keçmiş parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı ifadələrinə görə dindirməyə çağırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə istintaq orqanının məlumatında deyilir.
“Mərkəzi Seçki Komissiyasının və KİV-in yaydığı məlumata görə, Gürcüstan prezidenti Salome Zurabişvilinin 2024-cü il parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı sübutları olmalıdır və bu səbəbdən Gürcüstan prezidenti oktyabrın 31-də istintaq orqanına dindirilmək üçün dəvət edilib”, - məlumatda deyilir.