18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar dəyirmi masa keçirilib - FOTO

16:50 - 18 Oktyabr 2024 - ÖLKƏ İÇİ

Oktyabrın 18-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin inzibati binasında 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar dəyirmi masa keçirilib.

Ucnoqta.az xəbər verir ki, tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin sədri Ziyafət Xasiyeva, idarənin struktur bölmə rəhbərləri və əməkdaşları iştirak ediblər.

Dəyirmi masa Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Sonra dövlətimizin müstəqillik tarixinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunduğunu və bu sənədin tariximizin şanlı səhifəsində öz layiqli yerini tutduğunu vurğulayıblar. Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz xidmətlərindən danışılıb, onun Azərbaycanda hakimiyyətə qayıtması ilə ölkənin bütün çətinliklərdən xilas olduğu qeyd edilib. Bildirilib ki, vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir.

Dəyirmi masa tarixi mövzuda videoçarxların nümayişi ilə davam edib.


Xəbər xətti