Bu gün intihar edən 17 yaşlı Məhəmmədəli Şamil oğlu Qəmxarov Astara rayonunun Siyaku kənd məktəbinin 11-ci sinif şagirdi olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisəyə səbəb məktəblinin qız istəməsi olub.
İlkin ehtimala görə, istədiyi qızdan "yox" cavabı alan M.Qəmxarov yaşadığı evin həyətindəki yarımtikilidə canına qəsd edib.
Yeniyetmənin özündən başqa bir bacısı və bir qardaşı var.
10:28
Astarada kollec tələbəsinin meyiti tapılıb.
APA-nın verdiyi məlumata görə, hadisə rayonun Təngərüd kəndində baş verib. Kənd sakini 2007-ci il təvəllüdlü Məhəmmədəli Şamil oğlu Qəmxarovun meyiti yaşadığı evdə aşkarlanıb.
Qeyd edək ki, 17 yaşlı gəncin intihar etdiyi bildirilir.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.