UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunda Azərbaycan millisi doğma meydanda Slovakiya yığmasını qəbul edib.
Ucnoqta.az xəbər verir ki, bu vaxta qədər keçirdiyi bütün oyunlarda məğlub olan Azərbaycan millisi Slovakiya qarşısında da təslim olub. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç slovakların inamlı qələbəsi ilə sona çatıb 1:3.
Matçı Norveçdən olan FIFA referisi Roxit Saqqi idarə edirdi.
Azərbaycan millisi qrupun sonuncusu olaraq xal toplamayıb.
14 oktyabr
UEFA Millətlər Liqası
4-cü tur, C Liqası, I Qrup
20:00. Azərbaycan - Slovakiya - 1:3
Qollar: Rahil Məmmədov, 15-avtoqol (0:1), Toral Bayramov, 37 (1:1), Lukas Haraslin, 75 (1:2), David Duris, 87 (1:3)
Qırmızı vərəqə: Mahir Emreli, 70 (Azərbaycan)
Baş hakim: Rosit Saqqi (Norveç)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
22:45. Estoniya - İsveç
N | Komandalar | O | Q | H | M | T-F | X |
1 | Slovakiya | 4 | 3 | 1 | 0 | 8-3 | 10 |
2 | İsveç | 3 | 2 | 1 | 0 | 8-3 | 7 |
3 | Estoniya | 3 | 1 | 0 | 2 | 3-5 | 3 |
4 | Azərbaycan | 4 | 0 | 0 | 4 | 3-11 | 0 |