Naxçıvan şəhərinə yük avtomobillərinin daxil olması məhdudlaşdırılıb

19:50 - 14 Oktyabr 2024 - ÖLKƏ İÇİ

Naxçıvan şəhərinə yük avtomobillərinin daxil olması məhdudlaşdırılıb.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, bununla bağlı yerlərdə müvafiq nişanlama işləri görülməyə başlayıb.

Şəhərdaxili hərəkəti qadağan etmək üçün icazə verilən maksimum kütləsi 5 tondan çox olan yük avtomobillərinin səhər saat 7 radələrindən axşam saat 8 radələrinə hərəkəti qadağan olunur. Məqsəd isə şəhərdə yol hərəkəti təhlükəsizliyini təmin etməklə bərabər, yollarda sabitliyi təmin etmək, baş verə biləcək qəzaların qarşısını almaqdır.

Xəbər xətti