Qazaxda heyvan otaran gənc minaya düşdü

11:51 - 14 Oktyabr 2024 - ÖLKƏ İÇİ

Qazaxda mülki şəxs minaya düşüb.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb. 2001-ci il təvəllüdlü İlkin Sarıyev kənd ərazisində minaya düşərək xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Onun mal-qara otaran zaman minaya düşdüyü bildirilir.

Xəbər xətti