Şəkidə “Range Rover”lə “Niva” toqquşub

18:00 - 12 Oktyabr 2024 - ÖLKƏ İÇİ

Şəkidə “Range Rover” və “Niva” markalı avtomobillər toqquşub, xəsarət alan var.

Apa-nın məlumatına görə, hadisə Şəki şəhər ərazisində baş verib.

Bakı şəhər sakini 48 yaşlı Xəzər İsrafilovun idarə etdiyi “Range Rover” markalı minik avtomobili ilə Şəki rayon sakini 23 yaşlı Qorxmaz Mustafayevin idarə etdiyi “Niva” markalı minik avtomobili toqquşub. Qəza zamanı “Range Rover” markalı avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı Təranə İsrafilova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti