Sabah bəzi ərazilərdə qaz olmayacaq

21:19 - 10 Oktyabr 2024 - ÖLKƏ İÇİ

Sabah saat 10:00-dan Xəzər rayonunda, saat 09:30-dan Qaradağ rayonunda və saat 14:00-dan 16:00-dək isə Binəqədi rayonunda qaz təchizatının dayandırılması planlaşdırılır

Ucnoqta.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən (İB) məlumat verilib.

Bildirilib ki, bunun səbəbi qaz xətlərində görüləcək təmir işləri ilə əlaqədardır. socar vakansiya

Təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə Mərdəkan bağlarının, Mərdəkan Yeni, Stansiya Qala yaşayış massivlərinin, Şüvəlan qəsəbəsinin 1 hissəsinin, Qaradağ rayonu üzrə Qobustan qəsəbəsinin, Binəqədi rayonu üzrə isə Binəqədi qəsəbəsinin, Binəqədi kəndinin, Mədən ərazisinin, Baksol yolunun və Binəqədi şosesinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər xətti