Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində Qarabağ kanalının rayon ərazisindən keçən hissəsində Y.Əhmədovun qeyri-qanuni balıq ovu ilə məşğul olduğu müəyyən edilib.
Bu barədə Ucnoqta.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.
Ondan 1 rezin qayıq, 2 avar, 2 tor, 1 akkumlyator və ovladığı müxtəlif növdə balıqlar aşkarlanıb. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.