Ağcabədidə qanunsuz balıq ovlayan şəxs aşkarlanıb

08:40 - 10 Oktyabr 2024 - ÖLKƏ İÇİ

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində Qarabağ kanalının rayon ərazisindən keçən hissəsində Y.Əhmədovun qeyri-qanuni balıq ovu ilə məşğul olduğu müəyyən edilib.

Bu barədə Ucnoqta.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Ondan 1 rezin qayıq, 2 avar, 2 tor, 1 akkumlyator və ovladığı müxtəlif növdə balıqlar aşkarlanıb. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xəbər xətti