Biləsuvarda qanunsuz ov edən dörd əcnəbi saxlanılıb

17:36 - 9 Oktyabr 2024 - ÖLKƏ İÇİ

Biləsuvar rayonunun inzibati ərazisində ov qaydalarını pozan əcnəbi vətəndaşlar saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı həmin şəxslərin Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları Zaeif Musabah Humood Alketbi, Xamis Saif Said Bin Humood, Jauaan Mubarak Fadel Almazrouei və Mohammed Abdulla Mohammed Almehrzi olduğu müəyyən edilib, onlardan 4 ədəd ov silahı aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanuna müvafiq tədbir görülüb.

Xəbər xətti