Cənubi Koreyanı “nə şans, nə də ruhlar” qoruyacaq - Kim Çen In

07:42 - 8 Oktyabr 2024 - DÜNYA

Şimali Koreya lideri Kim Çen In Milli Müdafiə Universitetində olub

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, o, növbəti dəfə Cənubi Koreyanı hədələyib. Kim Çen In bildirib ki, hərbi super gücə, nüvə dövlətinə doğru addımlar daha da sürətlənəcək.

"Birləşmiş Ştatlar və Koreya Respublikası arasındakı hərbi ittifaq, marionetlərin özləri də öyündüyü kimi, tamamilə nüvə silahına çevrilib", - Kim Çen In əlavə edib.
“Biz dünyanın ən böyük nüvə gücü ilə qarşı-qarşıyayıq və ən iyrənc kuklalar onu manipulyasiya etməyə çalışırlar. Belə bir vəziyyətdə nə bəxt, nə də “ruhlar” Koreya Respublikasını qoruya bilməyəcək" - Şimali Koreya lideri qeyd edib.

Xəbər xətti