Tramp yenə deyib ki, onun dövründə Ukraynada münaqişənin qarşısını almaq olardı
Ucnoqta.az xəbər verir ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Polşanın TV Republika telekanalına müsahibəsində deyib. Tramp bildirib ki, o vaxt ABŞ-ın lideri olaraq qalsaydı, Rusiya ilə Ukrayna arasında silahlı qarşıdurmanın qarşısını almaq olardı.
"Ukrayna Ukrayna olardı. Bu, həqiqətən ABŞ-ın zəif rəhbərliyinə görədir, çünki mən prezident olsaydım, bu heç vaxt baş verməzdi", - Tramp əlavə edib.