Cənubi Afrikanın cənubunda yerli sülh dəstəsinin üzvü olan 6 nəfər öldürülüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Şərqi Keyp əyalətinin polis sözçüsü Majola Nkohli məlumat verib.
Məlumata görə, oktyabrın 7-nə keçən gecə tüfəng və tapança ilə silahlanmış səkkiz nəfərdən ibarət qrup Qodini kəndindəki orta məktəb binasının içərisində patrul dəstəsinə hücum edib.
Bildirilir ki, daha dörd nəfər yaralanıb.
Polis cinayəti törətməkdə şübhəli bilinən şəxslərin kimliyini müəyyən edib. İlkin məlumata görə, hücum edənlər mal-qara oğurluğu üzrə ixtisaslaşmış dəstənin üzvü ola bilərlər.