İdman edərkən DİQQƏT! Aorta damarı …

06:40 - 7 Oktyabr 2024 - Cəmiyyət

Son zamanlar gənclər arasında bodibildinq idmanına maraq artmaqdadır.
Bu yaxınlarda 17 yaşlı gənc nəzarətsiz idmanla məşğul olduğu üçün aortanın yırtılması nəticəsində az qala həyatını itirəcəkdi.

Ucnoqta.az xəbər verir ki, Ürək-damar Cərrahiyyəsi Mütəxəssisi Prof. Dr. Faruk Hökenek bodibildinqlə maraqlanan gənclərin aorta yırtığı ilə üzləşə biləcəyini, bədəni gərginləşdirən ağır idman növləri ilə məşğul olmamışdan əvvəl mütləq kardioloqa müraciət etmələri lazım olduğunu bildirib.

“Gənclər bunu edərkən ürəklərində problem olub-olmamasına əhəmiyyət vermirlər. Gənclər kökəlməklə əzələlərini inkişaf etdirməyə çalışır. Onlar bu yükü öz üzərlərinə götürməzdən əvvəl heç bir problem olmadığından əmin olmaq üçün ürəklərini yoxlamalıdırlar” –həkim xəbərdarlıq edib.

Aorta damarının yırtılmasının həyatı üçün təhlükə yarada biləcəyini bildirən Prof. Hökenek burada əsas səbəb xəstənin iki vərəqli aorta qapağının olmasıdır. Normal insanlarda üç vərəq var, bəzilərimizdə iki vərəqlə tez-tez aorta qapağı ilə qarşılaşırıq. 

"Bu iki yarpaqlı aorta qapağı olan insanlarda əsas damarda genişlənmə və qopma ehtimalı normal insanlara nisbətən daha yüksəkdir" – mütəxəssis qeyd edir.
“Ağır idman etməzdən əvvəl mütləq ürəyinizi yoxlayın. Əgər genetik meyliniz və ya ürəyinizlə bağlı probleminiz varsa, idmanınızı buna uyğun seçib məşğul olmalısınız” – Hökenek gəncləri xəbərdar edib.

Xəbər xətti