Sadır Japarov oktyabrın 7-8-də Moskvaya səfər edəcək

10:55 - 6 Oktyabr 2024 - DÜNYA

Qırğızıstan prezidenti Sadır Japarov oktyabrın 7-8-də Moskvaya səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə dövlət başçısı administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib.

Məlumata grə, Qırğız Respublikasının Prezidenti Sadır Japarov MDB Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak edəcək.

Onun sözlərinə görə, MDB Dövlət Başçıları Şurasının növbəti iclası oktyabrın 8-də Moskvada keçiriləcək.

Xəbər xətti