"Qadının düşməni qadınmış" - Xoşqədəm Hidayətqızı

10:05 - 6 Oktyabr 2024 - Cəmiyyət

"Səni Axtarıram" verilişinin müəllifi və aparıcısı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı instaqram səhifəsində ailələrin birində baş verən hadisə ilə bağlı paylaşım edib.

Ucnoqta.az xəbər verir ki, paylaşımda qadının əri və baldızının şiddətinə məruz qalması əks olunub. 

Aparıcı hadisəni nəql edib:

“Bu dəfə baldız döyüb. Anası öldükdən sonra bu 3 uşaqlı ananı təkcə əri yox, baldızı da amansızlıqla döyülüb. Hadisə dünən baş verib. Uşaqların gözü önündə ana bu hala salınıb. Bu, birinci dəfə deyil. Qadın dəfələrlə döyülüb, hətta qarnındakı uşagı belə öldürüblər.

Ailə bu görüntüləri mənə atıb "kömək et", deyir. Necə kömək edim? Zəif bir qadını öz bacısına döydürən “ərə” nə deyim?! Əlimdə imkanım olsa, qadına, uşağa əl qaldıranları ömürlük həbsə atdırardım. Allah bəlanızı versin! Qadının düşməni qadınmış! Belə olduğuna bir daha əmin oldum. Ayıb olsun. inşallah, polis bu qadını bu hala salan baldızı layiq olduğu yerə göndərər.

Xanımın ailəsi illər öncə Tacikistandan köçüb. Yəni qərib bir qadını bu hala salan cəhənnəmlikdir!”

Xəbər xətti