Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək

11:06 - 5 Oktyabr 2024 - İDMAN

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında (APL) IX turun daha iki oyunu keçiriləcək.

Ucnoqta.az APL-in rəsmi saytına istinadən xəbər verir ki, günün ilk matçında "Səbail" evdə "Şamaxı"nı qəbul edəcək.

"ASCO Arena"da start götürəcək görüş saat 17:00-da başlayacaq.

Ardınca saat 19:30-da "Sabah" klubu "Araz-Naxçıvan" kollektivini sınağa çəkəcək. Qarşılaşma "Bank Respublika Arena"da gerçəkləşəcək.

Xatırladaq ki, dünən turun açılış matçında "Kəpəz" komandası "Neftçi" üzərində 4:3 hesablı qələbə qazanıb.

Azərbaycan Premyer Liqası

IX tur, 5 oktyabr

17:00. "Səbail" - "Şamaxı"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov;

VAR: İnqilab Məmmədov;

AVAR: Namik Hüseynov;

Hakim-inspektor: İmanxan Sultani;

AFFA nümayəndəsi: Kifayət Mustafayeva;

Stadion: "ASCO Arena".

19:30. "Sabah" - "Araz-Naxçıvan"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev;

VAR: Rauf Cabarov;

AVAR: Rəhman İmami;

Hakim-inspektor: Rəhim Həsənov;

AFFA nümayəndəsi: Zümrüd Ağayeva;

Stadion: "Bank Respublika Arena".

Xəbər xətti