Niderlandda Eyndhovendəki əlillər üçün mərkəzdə iki meymun çiçəyi xəstəliyi aşkarlanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Eindhovens Dagblad” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, mərkəzin əməkdaşı tətildə olarkən virusa yoluxub. Xəstəlik sonradan sakinlərdən birində aşkarlanıb.
Regional səhiyyə xidməti virusun daha da yayılma riskini aşağı hesab edir və eyni zamanda vəziyyətin gələcək inkişafını diqqətlə izləyir.
Mərkəz ehtiyat tədbiri olaraq qoruyucu vasitələrdən istifadə edir.