İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı 30-dan çox şəhərin sakinlərini təcili olaraq təxliyə etməyə çağırıb.
Ucnoqta.az xəbər verir ki, İsrail ordusunun sözçüsü Aviçai Edri bunu X-də yazıb.
O, Livanın cənubunda yerləşən 35 yaşayış məntəqəsinin siyahısını dərc edib.
“Hizbullahın hərəkətləri İsrail ordusunu ona qarşı qəti addımlar atmağa məcbur edir. Ordu sizə zərər verməyəcək, ona görə də təhlükəsizliyiniz üçün təcili olaraq evlərinizi tərk etməli və Əvəli çayından şimala doğru getməlisiniz”, - o əlavə edib.