Kim Çen In nüvə silahı ilə hədələdi

09:01 - 4 Oktyabr 2024 - DÜNYA

Şimali Koreya lideri Kim Çen In xüsusi təyinatlıların bazasında olub

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Kim Çen In xüsusi təyinatlıların təlim bazasına baxış keçirib və təlimlərin gedişinə nəzarət edib.
 O, həmçinin Cənubi Koreyalı həmkarı Yun Seok-yeol-un nüvə silahından istifadə etməyə cəhd edəcəyi təqdirdə Pxenyanı nəticələri ilə hədələyən bəyanatına da reaksiya verib.

 “Əgər ifrat axmaqlıq və ehtiyatsızlıqdan boğulan düşmən KXDR-in suverenliyinə qəsd etmək üçün silahlı qüvvələrdən istifadə etməyə çalışarsa, biz nüvə silahı da daxil olmaqla, əlimizdəki bütün hücum qüvvələrindən istifadə etməkdən çəkinməyəcəyik” - Şimali Koreya lideri deyib.

Xəbər xətti