Qripdən qorunmağın 5 sadə yolu

05:48 - 4 Oktyabr 2024 - DİGƏR

Havalar soyuyur və qrip mövsümü başlayıb. Qripdən qorunmağın yolları hansılardır? 

Ucnoqta.az xəbər verir ki, dr. Berna Botan Yıldırım qripdən qorunmağın ən təsirli yolu güclü immunitet sistemi və balanslı qidalanma olduğunu qeyd edib.
İmmunitet sisteminin gücləndirilməsində kifayət qədər yuxu, nizamlı idman və stressdən uzaq olmaq mühüm rol oynayır. Bundan əlavə, bol maye qəbul etmək və probiotiklərlə zəngin qidalar yemək də immunitet sistemini dəstəkləyir.

Mütəxəssis qeyd edir ki, hamımız bilirik ki, məktəblər virusların sürətlə yayıla biləcəyi mühitlərdir:
“Xüsusilə uşaqlar arasında sıx təmas, əl gigiyenasının qeyri-kafi olması və sinif otaqlarının sıx olması qrip kimi tənəffüs yolu xəstəliklərinin sürətlə yayılmasına səbəb ola bilər.

Qrip xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif olan şəxslər üçün təhlükəlidir.
Xüsusilə məktəbə gedən uşaqlar virusu evə daşıya və ailə üzvlərinə yoluxa bilər. Bu vəziyyət yaşlı nənələr, babalar və ya xroniki xəstəlikləri olan şəxslər üçün ciddi nəticələrə səbəb ola bilər”.

Peyvənd xüsusilə risk qruplarında olan şəxslər və uşaqlar üçün vacibdir. Qrip peyvəndi xəstəliyin tam qarşısını almasa belə, simptomları yüngülləşdirir və ciddi fəsadların qarşısını ala bilər.
Peyvənd həm də epidemiyanı nəzarətdə saxlayan kollektiv immuniteti gücləndirməyə kömək edir.
Əl yuma vərdişləri: Uşaqlara xatırlatmaq lazımdır ki, əllərini tez-tez yumalıdırlar. Gigiyenik sinif mühiti: Dərslər müntəzəm olaraq havalandırılmalı və tez-tez toxunan səthlər dezinfeksiya edilməlidir. 
Xəstə şagirdlər evdə qalmalıdır: Qrip əlamətləri göstərən uşaqlar məktəbə göndərilməməli, xəstəliyinin tam aradan qalxması gözlənilməlidir.
 Qrip peyvəndinin təbliği: Valideynlər övladları və özləri qrip peyvəndi alması barədə məlumatlandırılmalıdırlar”.
İmmunitet sisteminin gücləndirilməsində kifayət qədər yuxu, nizamlı idman və stressdən uzaq olmaq mühüm rol oynayır. Bundan əlavə, bol maye qəbul etmək və probiotiklərlə zəngin qidalar yemək də immunitet sistemini dəstəkləyir.

Xəbər xətti