Aİ Livana 30 milyon avro ayırıb

13:53 - 3 Oktyabr 2024 - DÜNYA

Avropa İttifaqı (Aİ) ölkənin cənubunda münaqişənin kəskinləşməsi ilə əlaqədar Livana humanitar yardım göstərmək üçün daha 30 milyon avro ayırıb. Ümumiyyətlə, 2024-cü ildə respublika əhalisinin ən çox ehtiyacı olan hissəsinin ehtiyacları üçün Aİ-nin ayırdığı vəsait 100 milyon avronu keçib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Komissiyası (AK) məlumat yayıb.

AK prezidenti Ursula fon der Leyen yaxın Şərqdə gərginliyin artmasından son dərəcə narahat olduğunu deyib.
AK rəhbəri çox çətin bir zamanda mülki əhalinin müdafiəsi üçün mümkün olan hər şeyi etməyi zəruri hesab edir.

Xəbər xətti