“Kraton” qasırğasının mərkəzi Tayvanın cənub-qərb sahillərinə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə adanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 12:40-da tayfun 2,7 milyon əhalisi olan Kaosyunq limanını vurub.
Meteoroloqlar tayfunun şimal-şərq istiqamətində 8 km/saat sürətlə hərəkətini davam etdirdiyini bildirib.
Sentyabrın 28-də Filippin yaxınlığında yaranan Kraton tropik fırtınası ertəsi gün tayfuna çevrilib.
Bu, təxminən 60 ildə Tayvanın cənub-qərbini vuran ən güclü tayfun ola bilər. Tayvan hakimiyyəti oktyabrın 2 və 3-nü qeyri-iş günü elan edib.