İran hakimiyyəti oktyabrın 1-də İsrailə qarşı kütləvi raket hücumundan sonra tətbiq edilən bütün uçuş məhdudiyyətlərini ləğv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İslam Respublikasının Mülki Aviasiya Təşkilatının nümayəndəsi Cəfər Yazarlou məlumat verib.
O, bildirib ki, təhlükəsiz uçuşlar üçün bütün şərait təmin edildikdən sonra bütün məhdudiyyətlər aradan qaldırılıb və aviaşirkətlərə səhər saat 5:00-dan uçuşlar həyata keçirməyə icazə verilib.
O, əlavə edib ki, əvvəllər ləğv edilmiş bütün reyslər üçün biletlərin dəyəri sərnişinlərə ödəniləcək.