Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili prezident Salome Zurabişvilinin təsdiq etməkdən imtina etdiyi LGBT təbliğatını qadağan edən qanunu imzalayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Papuaşvilinin adından “Facebook”da dərc edilmiş bəyanatda deyilir.
Bildirilir ki, bu gün Gürcüstan Konstitusiyasına əsasən, Salome Zurabişvilinin imzalamaqdan imtina etdiyi “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunu imzalayıram.
O, sağlam düşüncəyə, tarixi təcrübəyə və əsrlər boyu möhkəmlənən xristian, gürcü və avropa dəyərlərinə əsaslanır.