Tayvanın Pinqtunq qraflığında xəstəxanada baş verən yanğın nəticəsində azı 8 nəfər ölüb, iki nəfər itkin düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə adanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Məlumata görə, yanğın oktyabrın 3-də səhər saatlarında Dunqan kəndindəki xəstəxanada baş verib. Yanğınsöndürənlər yanğını söndürə biliblər.
Agentliyin məlumatına görə, xilasetmə əməliyyatı zamanı tibb müəssisəsindən 300-dən çox insan təxliyə edilib.
Xilasedicilər hələ də bir xəstə və bir xəstəxana əməkdaşının axtarışlarını davam etdirirlər. Ölənlər arasında altı kişi və iki qadın var.
Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.