Polşa ABŞ-dan kredit aldı - "Apaçi" helikopterləri alacaq

14:32 - 2 Oktyabr 2024 - DÜNYA

ABŞ Polşaya AH-64E Apache helikopterlərinin alınması üçün 3,08 milyard dollar kredit ayırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Polşa və ABŞ Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində 3,08 milyard ABŞ dolları məbləğində birbaşa kreditin ayrılması barədə razılığa gəliblər.
 Polşa hakimiyyəti əldə etdiyi vəsaiti AH-64E Apache almaq üçün istifadə edəcək.

Qeyd olunur ki, bu, Varşavanın Vaşinqtonda ümumi məbləği 7,08 milyard dollar olan üçüncü belə kreditidir.

Xəbər xətti