Avropa İttifaqının (Aİ) səfirləri Rusiyaya qarşı yeni sanksiyalar mexanizmi ilə bağlı razılığa gəliblər
Ucnoqta.az xəbər verir ki, Brüsseldəki diplomatik mənbənin TASS-a verdiyi məlumata görə, Aİ səfirləri Moskvanın üçüncü ölkələrə qarşı iddia edilən hibrid hərəkətləri üçün tətbiq ediləcək Rusiya Federasiyasına qarşı yeni sanksiyalar mexanizmi barədə razılığa gəliblər.
Məlumata görə, Aİ-nin Daimi Nümayəndələr Komitəsi - COREPER Rusiyanın üçüncü ölkələrə qarşı hibrid hərəkətlərinə görə sanksiyaların yeni mexanizmini təsdiqləyib.