Gürcüstan prezidenti LGBT təbliğatını qadağan edən qanunu imzalamaqdan imtina edib
Ucnoqta.az xəbər verir ki, bu barədə prezidentin administrasiyası məlumat yayıb.
“Prezidentqanunu imzalamadı, eyni zamanda o, qanuna veto qoymadı. Sadəcə, o, imzalamadı və parlamentə qaytardı. Bizim qanunvericilik belə proseduru nəzərdə tutur”, - Zurabişvilinin administrasiyasının əməkdaşı TASS-a bildirib.
Qanununa görə, prezident qanunu imzalamaqdan imtina edərsə və ona veto qoymazsa, sənədi parlamentin sədri imzalayır.
Sentyabrın 17-də Gürcüstan parlamenti üçüncü və sonuncu oxunuşda LGBT təbliğatını və cinsiyyətinin dəyişdirilməsini qadağan edən qanunu qəbul edib. Qanun layihəsinin əsas məqsədi nikah, yetkinlik yaşına çatmayanların övladlığa götürülməsi və qəyyumluq, cinsiyyətin dəyişdirilməsi ilə bağlı tibbi prosedurların tətbiqi ilə bağlı məsələlərə aydınlıq gətirməkdən ibarətdir. Bundan əlavə, mayın 17-si rəsmi olaraq Ailə müqəddəsliyi və valideynlərə hörmət günü elan edilib.