İsrail Livanda quru əməliyyatı elan etdikdən sonra ilk dəfə olaraq Livanın "Hizbullah" hərəkatı ölkənin cənubundakı Odaisey kəndi yaxınlığında İsrail ordusunun (IDF) piyadaları ilə döyüşə girdiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İslami Müqavimət Təşkilatının Telegram kanalında məlumat verilib.
Məlumata görə, oktyabrın 2-də səhər saatlarında müqavimət döyüşçüləri Hallet əl-Mahaferdən Odise kəndinə girməyə cəhd edən İsrail piyada qüvvələri ilə qarşılaşıblar.
İddia olunur ki, İsrail hərbçiləri geri çəkilməyə məcbur olub.
Xatırladaq ki, oktyabrın 1-nə keçən gecə İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubundakı sərhəd bölgəsindəki Hizbullah hədəflərinə qarşı “məhdud, lokallaşdırılmış və hədəfli reydlərə” başladığını elan edib.