İsrail ordusu bildirib ki, İranın İsrailə hücumu davam edir. Ordu atışları aşkar edir və onların qarşısını alır.
Ucnoqta.az xəbər verir ki, The Jerusalem Postun məlumatına görə, İrandan İsrailə 400-ə yaxın raket atılıb.
Tasnim agentliyi xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə raket zərbəsi endirdiyini açıqlayıb.
20:45
İsrail ordusu İranın raket hücumu təşkil etdiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib. Ölkənin hər yerində hava hücumu xəbərdarlığı elan edilib. Bildirilir ki, İran tərəfindən İsrailə 100-dən çox ballistik raket və qanadlı raket atılıb.
İsrail əhalisinə təcili olaraq sığınacaqlara sığınmaq əmri verilib.