“Sözüm sevgilisinə, həyat yoldaşına maşın alanlaradır”

17:22 - 1 Oktyabr 2024 - MAQAZİN

Müğənni Xatirə İslam avtomobil idarə edənlərdən şikayətlənib. 

Axşam.az xəbər verir ki, sənətçi bir çoxlarının sürücülük qabiliyyəti olmadığını deyib: 

"Sözüm avtomobil idarə edə bilməyib yola çıxanlaradır: fərqi yoxdur, qadın və ya kişi. Bəzilərinə maşın alıb hədiyyə edirlər. Həyat yoldaşına, sevgilisinə, balasına, dostuna maşın alanlar: avtomobil idarə edə bilməyənlərə maşın alıb verib, camaatın maşınını vurdurmayın. Küçədə olanların 30-40 faizi maşın sürə bilmir. Çıxıb küçəyə kimə gəldi vururlar. Yalandan sürücülük vəsiqəsi almaqla deyil".  

Xəbər xətti