ABŞ dünyada eskalasiyaya can atmır - Blinken

14:52 - 1 Oktyabr 2024 - DÜNYA

Birləşmiş Ştatlar eskalasiyaya can atmır, lakin yüksək risklərə və şiddətli rəqabətə hazır olmalıdır ki, bu da müdafiə potensialının artırılmasını və sanksiya alətlərinin siyahısının genişləndirilməsini nəzərdə tutur.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu fikri dövlət katibi Antoni Blinken “Foreign Affairs” jurnalının köşə yazısında bildirib.

Amerika diplomatiyasının rəhbərinin sözlərinə görə, kəskin rəqabət beynəlxalq münasibətlərdə yeni dövrü xarakterizə edir.
Dövlət katibi Rusiya, İran, Şimali Koreya və Çinin mövcud beynəlxalq münasibətlər sisteminin fundamental prinsiplərini dəyişmək istədiklərini müdafiə edib.
 "Vaşinqton eskalasiyaya can atmasa da, yüksək risklərə hazırlaşmalı və onları idarə etməlidir" - Blinken bildirib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar Qərbin dünya nizamına ümumi baxışını pozmağa çalışanlarla çətinliklə, lakin eyni zamanda məsuliyyətlə rəqabət aparmalıdır.

Xəbər xətti