Nepalda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 217-yə çatıb, 28 nəfər isə hələ də itkin düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin nümayəndəsi Rişiram Tivari məlumat verib.
Bundan əvvəl 190 nəfərin öldüyü bildirilirdi. Tivari 143 nəfərin yaralandığını bildirib. Bütün təhlükəsizlik xidmətləri axtarış-xilasetmə əməliyyatlarında fəal iştirak edir.
Bildirilir ki, indiyədək zərər çəkmiş ərazilərdən 4330-dan çox insan təxliyə edilib.