Yəmən yaxınlığında gəmiyə hücum olub

11:06 - 1 Oktyabr 2024 - DÜNYA

Hudeyda limanından 97 dəniz mili aralıda gəmiyə hücum həyata keçirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatının Koordinasiya Mərkəzi (Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatları, UKMTO) məlumat yayıb.

Məlumata görə, mesaj ticarət gəmisindən alınıb.

Mərkəz yaxınlıqdakı gəmilərin ekipajlarına xəbərdarlıq edib ki, ehtiyatlı olsunlar və ərazidə hər hansı şübhəli fəaliyyət barədə məlumat versinlər.

Xəbər xətti