Suriya və digər ölkələrlə sərhəddə olan İraq qoşunları tam döyüş hazırlığı vəziyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bu açıqlama ilə İraq Silahlı Qüvvələrinin (SQ) Ali Baş Komandanının nümayəndəsi Yəhya Rəsul çıxış edib.
O vurğulayıb ki, vəziyyətin gərgin olmasına baxmayaraq, Livandan olan 144 qaçqın bazar ertəsi Suriya ilə sərhəddəki Əl-Qaim keçid məntəqəsi vasitəsilə İraqa gəlib.
Onlardan bəziləri İsrailin atəşə tutması nəticəsində yaralanıb və onlara lazımi köməklik göstəriləcək.
Bundan əlavə, İraq hakimiyyəti Livana humanitar yardımı “İsrail hərbi təyyarələrinin Livan səmasında fəaliyyətinin azaldığı vaxtdan daha böyük həcmdə” çatdırmağı planlaşdırır”, - Rəsul bildirib.