Ermənistan İranla ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağa çalışır

16:07 - 30 Sentyabr 2024 - DÜNYA

Ermənistan yaxın vaxtlarda İranla ticarət dövriyyəsini 1 milyard dollara, gələcəkdə isə 3 milyard dollara çatdırmaq niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bunu İrəvanda Avrasiya İqtisadi Forumu zamanı Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

Papoyanın sözlərinə görə, bu məqsədə çatmaq üçün Ermənistan və İran malların çeşidini artırmalı və logistika infrastrukturunu təkmilləşdirməlidir.

Nazir bildirib ki, ötən il Ermənistan və İran arasında xarici ticarət dövriyyəsi təxminən 700 milyon dollar təşkil edib. 

Xəbər xətti