Rusiya prezidenti Vladimir Putin vətəndaşların ordu sıralarına payızda hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb.
Ucnoqta.az xəbər verir ki, sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.
Fərmana görə, kampaniya çərçivəsində 2024-cü il oktyabrın 1-dən dekabrın 31-dək ehtiyatda olmayan 18-30 yaşlı 133 min vətəndaş Rusiya Silahlı Qüvvələri sıralarına çağırılacaq.