Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Livandakı vəziyyəti müzakirə etmək üçün sentyabrın 30-da 27 Aİ ölkəsinin xarici işlər nazirlərini videokonfrans vasitəsilə fövqəladə iclas çağırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi məlumat verib.
"Biz təsdiq edirik ki, Ali Nümayəndə bu gün saat 17:00-da Aİ-nin Livandakı son eskalasiyaya reaksiyasını müzakirə etmək üçün fövqəladə qeyri-rəsmi video konfrans çağırır" - nümayəndə deyib.