Nepalda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 192-yə çatıb, azı 30 nəfər isə hələ də itkin düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “New Indian Express” qəzeti polisə istinadən məlumat yayıb.
Bundan əvvəl 148 nəfərin öldüyü bildirilirdi.
Təbii fəlakət nəticəsində ölkə üzrə daha 94 nəfər xəsarət alıb. Bazar ertəsi gecəsi xilasedicilər Katmanduya gedən iki avtobusun sürüşməsi nəticəsində 14 cəsədi çıxarıblar.
Eyni yolda hərəkət edən avtomobillərdə daha 23 ölü tapılıb.