ABŞ prezidenti Co Bayden Tayvana silah tədarükü və digər hərbi yardımlar üçün 567 milyon dollar ayrılması barədə göstəriş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə onun Ağ Evin mətbuat xidmətinin bazar günü yaydığı yazılı bəyanatında deyilir.
Qeyd edək ki, ötən il Amerika administrasiyasının Müdafiə Nazirliyi vasitəsilə ayırdığı yardımın məbləği 345 milyon dollar təşkil edib.