Mişustin Ermənistana səfərə gedir

00:12 - 30 Sentyabr 2024 - DÜNYA

Rusiyanın baş naziri Mixail Mişustin oktyabrın 1-də Ermənistana işgüzar səfərə gedəcək

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Rusiyanın baş naziri Avrasiya Hökumətlərarası Şurasının (EMİK) 40-cı iclasında və Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak edəcək.

Qeyd olunur ki, Mişustin Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandan olan həmkarları ilə birlikdə “Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiyanın dərinləşdirilməsinin təxirəsalınmaz vəzifələrini” müzakirə edəcək.

Xəbər xətti