Meksikada "Con" qasırğası nəticəsində ölənlərin sayı 15-ə çatıb

00:00 - 30 Sentyabr 2024 - DÜNYA

Daha əvvəl respublikanın Sakit okean sahillərini vuran Con qasırğasının nəticələrinə görə Meksikada ölənlərin sayı 15-ə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Meksika prezidenti Andrés Manuel Lopez Obrador X səhifəsində məlumat verib.

Dövlət başçısının sözlərinə görə, küçələrdə heç bir talan yoxdur. Ordu, Hərbi Dəniz Qüvvələri və Milli Qvardiyanın iştirak etdiyi xilasetmə əməliyyatının birinci mərhələsi başa çatıb.
López Obrador həmçinin qeyd edib ki, Guerreronun qonşusu Miçoakan əyalətində La Villita bəndinin pozulması səbəbindən 275 nəfərin müvəqqəti sığınacaqlara profilaktik təxliyəsi həyata keçirilib.

Xəbər xətti